Molla rejimi azərbaycanlı fəala ağır həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Peyman Kərimpuru ağır həbs cəzasına məhkum etdi.

Molla rejimin Təbrizdəki İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən azərbaycanlı fəal kiberməkanda “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə”, “hakimiyyət əleyhinə təbliğat fəaliyyəti aparmaq” və “İslam müqəddəslərini təhqir etmək” ittihamları ilə 2 il 5 ay həbs və 2 il müddətinə ölkədən çıxış qadağası cəzasına məhkum edilib.

Azərbaycanlı fəalın mobil telefonu da molla rejimin ETTELAAT İdarəsi tərəfindən müsadirə edilib.

Qeyd edək ki, Peyman Kərimpur daha əvvəl də “kiberməkanda hakimiyyətə qarşı təbliğat fəaliyyəti aparmaq” ittihamı ilə 4 ay həbs cəzası verilmiş və 2 il müddətinə ölkədən çıxış qadağası qoyulmuşdu.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …