Şənbə , Avqust 22 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı jurnalisti həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbil şəhərindən olan jurnalist və sosial media fəalı Sina Bəndəlizadəni həbs edib.

Rejimin ETTELAAT məmurlarının jurnalisti yanvarın 15-də həbs edərək naməlum yerə apardıqları bildirilib.

Hələlik Sina Bəndəlizadənin nədə ittiham edildiyi barədə məlumat yayılmayıb.

Qeyd eək ki, Sina Bəndəlizadə bundan əvvəl Ərdəbildəki problemləri işqılandırdığı və məsulların fəaliyyətsizliyini tənqid edən yazılarla çıxış edib.

Azərbaycanlı jurnalist əvvəllər Germi və Biləsuvarda meydana gələn sel, Xoyda baş verən zəlzələ və təbii fəlakətdən əziyyət çəkən azərbaycanlıların acınacaqlı durumu ilə bağlı sosial media kanallarında pylaşımları ilə məşhurlaşıb.

Həmçinin yoxlayın

Təbriz imam-cüməsi «Koroğlu» tamaşasının rejissoruna qarşı sərt mövqeyindən geri çəkilib

GADTB: Təbriz imam-cüməsi Əhməd Mütəhəri-Əsl türk dilində «Koroğlu» və «Səttarxan» tamaşalarının rejissoru Yaqub Sədiq-Cəmalıya qarşı …

Türk adı səbəbindən Tikantəpədən olan azərbaycanlı körpə Elhana doğum şəhadətnaməs verilmir

GADTB: Tehranın Rəbat Kərim bölgəsinin Vətəndaşlıq Qeydiyyatı İdarəsi 20 gündür ki, əslən Tikantəpədən olan azərbaycanlı …