Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyəli astronavtın kosmosa səyahəti başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyəli astronavt Alpər Gezeravcı yanvarın 19-u Türkiyə vaxtı ilə saat 00:49-da kosmosa yola salınıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Gezeravcının olduğu “Draqon” kapsulu “Falkon 9” daşıyıcı raket vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

“Ax-3” heyətinə türk astronavtla yanaşı, ispaniyalı astronavt Mikael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli astronavt Markus Vandt daxildir.

Türk astronavt Beynəlxalq Kosmik Stansiyasında 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …