Çərşənbə , Avqust 26 2026
azfa

Molla rejimin məmurları Təbrizdə azərbaycanlı milli fəal Araz Amanı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları dünən Təbrizdə azərbaycanlı milli fəal Araz Amanı həbs edib.

Molla rejimin ETTELAAT məmurları fəalı həbs etdikdən sonra naməlum yerə aparıblar.

Milli fəalın yaxınlarının verdiyi məlumata görə, fevralın 5-də molla rejimin qüvvələri fəalı həbs etmək üçün mülki geyimdə və bir neçə avtomobillə onun atasının evinə hücum ediblər. Lakin azərbaycanlı milli fəal onların əlindən qurtula bilib.

Rejimin ETTELAAT qüvvələri əliboş qayıtmamaq üçün onun atasının evində çalışan iki şəxsi girov götürərək, Arazın təslim olmasını tələb ediblər. Daha sonra isə girovları sərbəst buraxıblar.

Qeyd edək ki, dünən rejimin ETTELAAT qüvvələri onun həyat yoldaşını həbs edəcəkləri ilə hədələyib və daha sonra azərbaycanlı milli fəalı döyərək yaxalayıblar.

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …