Bazar ertəsi , Oktyabr 19 2026
azfa

ABŞ İrana Rusiyaya balistik raketlər verməsi ilə bağlı xəbərdarlıq etdi

GADTB: ABŞ İranın Rusiyaya balistik raketlər ixrac etməsi ilə bağlı məlumatlara bir daha münasibət bildirib və bununla bağlı İrana xəbərdarlıq edib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili bununla bağlı deyib: “G7-yə üzv ölkələr İranın Rusiyaya ballistik raketlər tədarükünün əhəmiyyətli cavab veriləcəyini açıq şəkildə bəyan ediblər. Biz İrandan tələb edirik ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək anlamına gələn bu cür hərəkətlərdən çəkinsin”,- o bildirib.

Həmçinin ABŞ və Britaniya dünən İran raketlərinin Yəmənin qərbində Tehranın dəstəklədiyi husilərə çatmasının qarşısını almaq üçün BMT-nin dəniz təftişi mexanizmini gücləndirməsinə çağırış edib.

Məlumata görə, iki ölkə bu çağırışı BMT-nin Təhlükəsizlik_Şurasının Yəmən böhranı ilə bağlı iclası zamanı qaldırıb.

Britaniyanın BMT-dəki səfirinin müavini Ceyms Kariuki bu haqda deyib: “Gəmilərin yoxlanılması Yəmənə mal axınını təmin edərkən qanunsuz_silahların husilərin nəzarətində olan ərazilərə daxil olmasını dayandırmaq üçün vacibdir”.

Qeyd edək ki, martın 15-də G7 ölkələri bəyanat yayaraq, İranın Rusiyaya ballistik raketlər və ya texnologiya ilə təmin etməyə davam edəcəyi təqdirdə, İrana qarşı yeni və ciddi tədbirlər də daxil olmaqla, koordinasiyalı şəkildə cavab verməyə hazır olduqlarını deyiblər.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …