Xameneyinin qəzeti Azərbaycanı yenidən hədələdi

GADTB: Mayın 10-da İranın rəhbəri Əli Xameneyiyə birbaşa bağlı olan “Keyhan” qəzeti qeydində Azərbaycan-İsrail münasibətlərinə toxunub, başda Azərbaycan olmaqla bəzi region ölkələrini təhdid edərək, “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” , deyə xəbərdarlıq edib.

Məqalədə Xameneyinin İsrailin hücumları ilə bağlı bəzi ölkələrin bunu pisləməsi, bəzilərinin isə məsələyə münasibət bildirməməsi vurğulanıb.

Bununla yanaşı, yazıda açıq şəkildə enerji boru xətlərində təxribat törədilməsi ehtimalından danışılır: “Asiyada bu yazıda qeyd etdiyimiz başqa bir strateji marşrut var ki, o da Bakı-Tbilisi-Ceyhan dəhlizidir. Bu dəhlizin fəaliyyətinin pozulması “sionist rejim”in bütün iqtisadiyyatında böhrana səbəb ola bilər”, – təhdid edilib.

Qeyd edək ki, İran bölgə  ölkələrini təxribat və sabitliyi pozan tədbirlərlə hədələdiyi halda, bir sıra terror qruplaşmalarını, ən əsası da HƏMAS qruplaşmasına dəstək verir./ Azad İran

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …