Çərşənbə axşamı , May 5 2026
azfa

ABŞ İranla Çabahar limanının idarə olunması ilə bağlı razılaşmaya görə Hindistanı sanksiyalarla hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hindistanın Tehranla liman istismarına dair 10 illik müqavilə imzaladıqdan bir neçə saat sonra ABŞ İranla işgüzar sövdələşmələri nəzərdən keçirən istənilən ölkəyə qarşı potensial sanksiyalar barədə xəbərdarlıq edib.

ABŞ həmin razılaşmaya görə Hindistanı sanksiyalarla hədələyib

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Vedat Patel deyib.

Mayın 13-də Hindistan və İran sözügedən limanın 10 il müddətinə idarə edilməsinə dair saziş imzalayıb ki, bu da ölkə üçün xarici limanın idarə edilməsində unikal hal olacaq.

Hindistan İranın Sistan və Bəluçistan əyalətlərindəki Çabahar limanını Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit mərkəzinə çevirməyə çalışır.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …