Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi “Hüseyniyyun” terror təşkilatının üzvünə 40 mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi bu yaxınlarda Bakı həbsxanasında vəfat edən “Hüseyniyyun” terror təşkilatının vaxtilə Suriyada döyüşmüş fəal üzvü Tale Yusifova Ərdəbildə 40 mərasimi təşkil edib.

Tədbirdə, Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınan terrorçulardan bəzisi, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.

Antiazərbaycan tədbirdə Azərbaycana qarşı ənənəvi ittihamlar səsləndirib, “islamın təhlükədə olduğu”nu iddia edərək vətəndaşları iğtişaşa çağırıblar.

Bununla bağlı təşkilatın media qanadı olan “Azərbaycan Araşdırmaları Mərkəzi” fotoşəkillər paylaşıb.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilmişdi.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …