Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi “Traxtur” komandasının liderlərindən olan Taib Lütfini Təbrizdə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Traxtur komandasının liderlərindən olan Taib Lütfi dünən Təbriz şəhərində molla rejimin ETTELAAT qüvvələri tərəfindən iş yerində həbs edilib.

Azərbaycanlı fəalın hələlik hansı səbəbdən yaxalandığı və nədə ittiham edilməsi barədə məlumat verilmir.

Molla rejimin ETTELAAT qurumları bundan əvvəl də Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Kərəc, Qəzvin, Zəncan, Ərdəbil, Urmiya və Təbrizdə Kazım Səfabəxş, Abdullah Ənsari, Ümid Mohammadzadə , Əkbər Cəhani, Vəli Əsədi, Saman Bidar, Məhəmməd Rza Məhərrəmi, Səməd Heydəri, Əmin Tağızadə, Hadi Gözli və s. tərəfdarlar və fəalları həbs ediblər.

Həmçinin yoxlayın

Netanyahu: İran İslam Respublikasının radikal və fanatik rejiminin imkanlarını tamamilə məhv etmək üçün onun hakimiyyətini devirməliyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …