ABŞ danışıqlara mane olan İran rəsmilərinə qarşı zərbə endirə bilər

GADTB: ABŞ ordusu hazırkı atəşkəsin pozulacağı təqdirdə Hörmüz boğazı ətrafında İranın müdafiə obyektlərinə zərbə endirmək üçün planlar hazırlayır. Bu barədə CNN məlumat yayıb.

“Hədəflər siyahısında İranın bu su yoluna nəzarət etmək üçün istifadə etdiyi kiçik hücum qayıqları, mina yerləşdirən gəmilər, raketlər və dronlar ola bilər.

Nəzərdən keçirilən digər variantlara enerji infrastrukturuna zərbələr endirmək və ya danışıqlara mane olan hərbi rəhbərləri hədəfə almaq daxildir.

Açıqlanan adlardan biri SEPAH-ın baş komandanı Əhməd Vəhididir”, – məlumatda qeyd olunub.

Siyahıda eyni zamanda olan şəxslər bunlardır:

İran Ali Hərbi Şurasının sədri, Ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi;

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Zülqədr;

İran ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Möhsün Rzayi.

Qeyd edək ki, aprelin 21-də ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadıldığını elan edib.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …