Cümə , Sentyabr 11 2026
azfa

ABŞ-ın məqsədi İran İslam Respublikasının süqutu olmalıdır

GADTB: ABŞ-ın respublikaçı senatoru Ted Kruz Prezident Donald Tramp administrasiyasının İran İslam Respublikası ilə razılaşma əldə etmək istiqamətində apardığı diplomatik səyləri tənqid edərək bildirib ki, Vaşinqtonun əsas məqsədi Tehranla razılaşma deyil, İran İslam Respublikası hakimiyyətinin süqutu olmalıdır.

Kruz «War School» podkastına müsahibəsində Tehran və Vaşinqton arasında imzalanmış son anlaşma memorandumunu «fəlakətli» adlandırıb. O, İran İslam Respublikasının hərbi hədəflərinə qarşı əməliyyatların davam etdirilməsini və İran neftinin ixracına qoyulan məhdudiyyətlərin saxlanılması da daxil olmaqla iqtisadi təzyiqlərin gücləndirilməsini istəyib.

Respublikaçı senator əlavə edib ki, İran İslam Respublikasından sonra ölkədə kimin hakimiyyətə gəlməsi onun üçün önəmli deyil, əsas şərtin ABŞ-a qarşı düşmən münasibəti bəsləməyən və amerikalıları öldürməyə çalışan islamçı qüvvələrin hakimiyyətə gəlməməsi olduğunu bildirib.

Ted Kruz həmçinin deyib ki, o, dəfələrlə Donald Trampı və İsraili iranlı etirazçılara silah verməyə çağırıb ki, onlar özləri hakimiyyəti devirsinlər və ABŞ hərbçilərinin İrana müdaxiləsinə ehtiyac qalmasın.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …