Şənbə , Dekabr 9 2023
azfa

ABŞ İrana terroru dəstəkləməkdə yardımçı olanları cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İrana terroru dəstəkləməkdə yardımçı olan bir neçə şəxsi və şirkəti qara siyahıya saldı.

ABŞ Maliyyə Nazirliyinin bununla bağlı bəyanatında deyilir ki, ABŞ İran üzrə “qara siyahı”ya iki Çin və bir Avstraliya vətəndaşını, həmçinin altı Çin və bir Avstraliya təşkilatını daxil edib.

Məlumata əsasən, Çin vətəndaşları və təşkilatları “qara siyahı”ya İranın “IRISL” nəqliyyat şirkətini dəstəklədiklərinə görə daxil ediliblər.

Bildirilri ki, Avstraliya vətəndaşı Əhməd Lukman Talib və ona məxsus olan şirkət terrorizmə maliyyə və maddi dəstək verdiyinə görə “qara siyahı”ya daxil ediliblər.

Həmçinin yoxlayın

Eynalı dağında Urmiya gölünün qurudulmasına etiraz aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli və ətraf mühit fəalları Təbrizin Eynalı …

Azərbaycan Milli Hərəkatı fəalları Murtəza Nurməhəmmədi Nadarlı ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının bir qrup fəalı dekabrın 8-də …

Bir cavab yazın