Şənbə , Avqust 15 2026
azfa

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni qiymətləndirməsi: ABŞ-ın hücumlarının İranı mövqeyini dəyişməyə məcbur etməsi çətin görünür

GADTB: The Washington Post qəzeti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yeni kəşfiyyat qiymətləndirməsinə istinadən yazıb ki, ABŞ ordusunun İrana qarşı hazırkı hücumlarının İran hakimiyyətini mövqeyini dəyişməyə vadar etməsi “çətin görünür.”

SEPAH-ın anlaşma memorandumunun imzalanmasından sonra Oman sahilləri yaxınlığında bir neçə ticarət gəmisinə hücum etməsinin ardınca ABŞ ordusu artıq 10 gecədir ki, əsasən İranın cənub bölgələrinə zərbələr endirir.

Bununla belə, The Washington Post bir neçə keçmiş və hazırkı ABŞ rəsmisinə istinadən bildirib ki, yeni kəşfiyyat qiymətləndirməsinə əsasən, gecə hücumlarının Tehrana “əhəmiyyətli təsir göstərməsi” və ya İran hakimiyyətini danışıqlarda mövqeyini dəyişməyə məcbur etməsi ehtimalı azdır.

Rəsmilərin sözlərinə görə, ABŞ kəşfiyyat orqanlarının, xüsusilə CIA-nın qiymətləndirməsinə əsasən, Tehran və Vaşinqton hazırda müharibə ilə sülh arasında qeyri-müəyyən bir vəziyyətdədir və bu hücum dalğasının həmin vəziyyəti dəyişdirməsi ehtimalı aşağıdır.

Yeni kəşfiyyat hesabatında CIA ekspert və analitikləri İsrail və ABŞ-ın hücumları nəticəsində İranın bir çox yüksək vəzifəli rəsmisini və silah arsenalının böyük hissəsini itirməsinə baxmayaraq, Tehran rejiminin davamlılığını vurğulayıblar.

ABŞ-ın rəsmi qurumları hələlik bu hesabatla bağlı açıq şəkildə münasibət bildirməyiblər.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …