Cümə axşamı , İyul 30 2026
azfa

ABŞ təyyarə daşıyan hərbi gəmidən əlavə bombardmançıları körfəzə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin nüvə proqramına davam etməyi elan etdikdən  dərhal sonra ABŞ bombardumançılarını körfəzə gönrdi.

Rəsmi Vaşinqton Qətərdəki Əl-Udeyd hərbi bazasına strateji bombardmançı “B-52H Stratofortress” tipli təyyarələr göndərmək qərarına gəlib. Bu təyyarələr “Tomaqavt” tipli qanadlı raket daşımaq üçün nəzərdə tutulub. “Tomaqavt” tipli raketlər hədəfə doğru yönəldilərək qərargahdan idarə olunur və böyük dağıdıcı qüvvəyə malikdir.

Təyyarələr artıq ABŞ-ın Luiziana ştatındakı “Barksdley” hərbi bazasından çıxıb.

Xatırladaq ki, ötən həftə ABŞ Fars körfəzinə “Avaam Linkoln” təyyarədaşıyan hərbi gəmisini də göndərib. Hazırda gəmi Aralıq dənizindədir və Fars körfəzinə doğru hərəkət edir.

Bütün bunlara cavab olaraq isə İran iddia edir edir ki, hərbi müdaxilə olarsa, ABŞ layiqli cavabını alacaq. Lakin İsrail Suriyada hərbi bazalarını bombarduman edib yüzlərlə sepah terrorçusunu öldürəndə rejim səsini də çıxara bilmirdi.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …

Bir cavab yazın