Bazar ertəsi , May 11 2026
azfa

ABŞ Türkiyəni Rusiya ilə “S-400”-lərə dair razılığına görə təhdid edib

 

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, – deyə Mitçell qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın