Şənbə , Avqust 1 2026
azfa

Xaricdə yaşayan azərbaycanlılara Azərbaycan türkcəsi tədrisi təklif edilib

GADTB-nin Mətbuat Mərkəzinin Kult.az saytına istinadən yaydığı məlumata görə, Şimali Azərbaycanın Milli Məclisinin millət vəkili Qənirə Paşayeva Azərbaycan türkcəsinin xaricdə yaşayan azərbaycanlılar üçün televiziya proqramlarında tədrisi təklif olunub. O deyib ki, dövlət büdcəsindən maliyyələşən telekanallarda Azərbaycan dili dərslərinin tədris edilməsi çox yaxşı olardı. Bununla da xaricdə yaşayan soydaşlarımız Azərbaycanla bağlı məlumatları daha rahat əldə edə bilərlər.

O bildirib ki, dünyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycan dilində hazırkı qrafika ilə oxuya bilmirlər.

“Ona görə də diaspora nümayəndələri Azərbaycan telekanalları Azərbaycan dili dərslərini tədris etsinlər. Xüsusən də dövlət büdcəsindən maliyyələşən telekanallar bu addımı ata bilər”.

Millət vəkili həmçinin ödənişli ali təhsil alan əlil gənclərə ödəniş məsələsində kömək edilməsini təklif edib:

“Bu gənclərimizin sayı elə də çox deyil ki, bizə problem yaratsın. Hesab edirəm ki, bu qərar onlara stimul ola bilər. Yaxın zamanda əlil gənclər ödənişli təhsildən azad edilməsi ilə bağlı müraciət ediblər”.

Həmçinin yoxlayın

Molla rejimin qurduğu qumar şəbəkəsi rejimə 4 milyard dollarlıq qazanc gətirib

GADTB: Reuters agentliyinin araşdırma hesabatına görə, dünyanın ən iri qanunsuz onlayn qumar şəbəkələrindən biri lisenziyasız …

Rusiya ABŞ-la müharibədə İrana elektron kəşfiyyat məlumatları verməklə yardım edir

GADTB: ABŞ-nin NBC News telekanalı məsələ ilə tanış mənbələrə istinadən Rusiyanın İrana elektron və peyk …

Bir cavab yazın