ABŞ uyğur türklərinin təqib edilməsinə görə çin təşkilatlarına sanksiya tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ hökuməti hesab edir ki, sanksiyaya məruz qalan təşkilatlar Çində insan hüquqlarının pozulmasında, həmçinin uyğurların və müsəlman azlığın digər nümayəndələrinin kütləvi həbsində iştirak edir.

ABŞ ticarət nazirliyi ŞərqiTürküstan-Uyğur Muxtar Rayonunda müsəlman azlıqların hüquqlarının pozulmasına görə Çinin 28 təşkilatını sanksiya siyahısına daxil edib. Müvafiq sənəd ABŞ Federal Reyestrinin saytında dərc edilib.

ABŞ hökuməti bu qurumları Vaşinqtinun xarici siyasi maraqlarına zidd fəalliyyətlə məşğul olan təşkilatlar kimi müəyyənləşdirib. “Bu təşkilatlar insan hüquqlarının pozulması, yüksək texnoloji nəzarət və Şərqi Türküstanda uyğurlar, qazaxlar və müsəlman azlığının başqa nümayəndələrinə qarşı keçirdiyi kütləvi həbslərə cəlb ediliblər”, – sənəddə deyilir.

Ötən il “The New York Times” yazıb ki, prezident Donald Tramp (Donald Trump) administrasiyası Çində müsəlman azlıqların hüquqlarının pozulması səbəbilə sanksiyaların tətbiq edilməsi məsələsini nəzərdən keçirir. Uyğurları izləmək üçün istifadə edilən Amerika istehsalı olan videomüşahidə texnologiyalarının Çinə satışının qadağan edilməsi planlaşdırılıb.

BMT Ali Komissarlığının məlumatına əsasən, Çində milli azlıqların ideoloji islahı üçün nəzərdə tutulan düşərgələrdə 1 milyona yaxın uyğur saxlanılır.

SUMR-da məskunlaşan uyğurlar türk xalqıdır, onlar əsasən islam dininə ibadət edirlər. Uyğurların sonuncu üsyanları Çin hökuməti tərəfindən 2008-ci və 2009-cu illərdə yatırıb.

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

“Nyu-York Tayms”: Tramp İranla razılaşma üçün irəli sürülən şərtləri sərtləşdirib

GADTB: “Nyu-York Tayms” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdırılması …

Bir cavab yazın