Çərşənbə , İyun 7 2023
azfa

Antitürklərin fitilə proqramına etiraz edən azərbaycanlı fəallara həbs və şallaq cəzası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin antitürk siyasəti istiqamətində türkləri təhqir edən fitilə proqramına etiraz edən Meşginşəhrin azərbaycanlı milli-mədəni fəalları həbs və şallaq cəzasına məhkum ediliblər. Fəallar haqq və ədalət uğrunda zülmə və rasizmə etiraz etdiklərinə görə irqçi fars rejimi tərəfindən ictimai yerdə asayişi pozmaqda ittiham ediliblər.

İrqçi fars rejiminin Meşginşəhrdə reləşən II Cinayət Məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Sina Qurbani Ərşad, Siyamək Seyfi, Beytulla Bərzgər,Siyamək Qardaşi və Rza Fərəczadəni ictimai yerdə asayişi pozmaqda ittiham edərək heç bir günahı olmadan onların hər birini 4 ay həbsə və 70 şallaq zərbəsinə məhkum edib.

İrqçi fars rejiminin Meşginşəhrdə reləşən II Cinayət Məhkəməsinin 101-ci şöbəsinin rəisi Həsən Molai fəalların 4 aylıq həbs cəzasına 14 milyon rial alternativ cəza və 70 şallaq zərbəsi əvəzinə isə 3 milyon rial alternativ cəza nəzərdə tutmuşdur.

Fəallardan Rza Bədili isə bəraət almışdır.

Həmçinin yoxlayın

Qasım Süleymaninin qızı Zeynəb Süleymani Livanda qızları fahişəliyə cəlb etməyə sərmayə yatırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qasım Süleymaninin qızı Zeynəb Süleymani Livanda qızların müvəqqəti …

GADTB başqanı Əjdər bəy Tağızadənin “arb24 TV”-də “Təbriz böyük inqilab ərəfəsində: İran Bakıya barışıq üçün yalvarmağa başladı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Bir cavab yazın