Cümə , İyun 18 2021
azfa

“Astana-Arkau” türk musiqisi festivalında Azərbaycan da təmsil olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Astana Milli Opera və Balet Teatrında 11-ci “Astana-Arkau” ənənəvi türk musiqisi festivalı keçirilib. Festival Astananın paytaxt elan olunmasının 20 illiyi münasibətilə təşkil edilib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə türk dünyasının inteqrasiyası konsepsiyasının reallaşdırılması çərçivəsində keçirilən festivalda Azərbaycan, İran, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Monqolustan, Çin və digər ölkələrin musiqi qrupları iştirak ediblər.

Festivala ənənəvi olaraq azsaylı türkdilli xalqların ifaçıları da qatılıblar. “Astana Arkau”da iştirakçıların ifa etdikləri musiqi əsərləri həmin xalqların adətlərində və müxtəlif milli ayinlərində istifadə olunur.

Azərbaycan ifaçıları festivalda ölkəmizin Qazaxıstandakı səfirliyinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə iştirak edirlər.

Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın müraciəti oxunub.

Müraciətdə deyilir: “Festival iki qardaş xalq arasında mədəni, yaradıcı və dostluq əlaqələrinin inkişafına töhfə verməklə yanaşı, həm də bütün türk dünyasında əhəmiyyətli musiqi hadisəsidir. Bu gözəl platformada müxtəlif ölkələrin musiqiçiləri bir araya gələrək türk dünyasının ənənələrini, tarixini, mədəniyyəti və folkloru haqqında geniş təsəvvür yaradırlar. Belə ənənəvi festivallar insanların genetik yaddaşındakı türk dünyasının nadir etnik musiqisinin qorunmasına kömək edir. Bu baxımdan əsrlər boyu əcdadlarımızın meydana gətirdiyi bu mədəni zənginliyi gələcək nəsillərə çatdırmaq lazımdır. Bu istiqamətdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə, Qazaxıstan və Qırğızıstanla uğurla və səmərəli əməkdaşlıq edir. Türk xalqlarının tarixi və mədəni irsi dünyada layiqli yer tutur və bu baxımdan yeni, uğurlu layihələr həyata keçiriləcək”.

Festivalda ölkəmizi musiqiçilər tarda Sahib Paşazadə və nağarada Kamran Kərimov təmsil edib. Azərbaycan muğamı tamaşaçılarda böyük maraq oyadıb.

 

Həmçinin yoxlayın

Azərbaycan hərbi hava qüvvələri Anadolu Qartalı-2021-də iştirak edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki …

İran rejimi azərbaycanlı siyasi məhbusları Evin zindanının ETTELAAT bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Tehranın Evin zindanının 4-cü və …

Bir cavab yazın