admin

Azərbaycanlı fəal və fotoqraf xanım zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan əyalətinin Əbhər şəhərindən olan ictimai fəal və fotoqraf Səidə Muradi Səfərabad zəncanda zindanın karantin bölməsinə köçürülüb. Azərbaycanlı xanım yanvarın 18-də mühakimə edilərək 6 ay həbs cəzasına məhkum edilib. Səidə Muradi Səfərabad məhkəmə məmurları tərəfindən yaxalanaraq zindana köçürülüb. Qeyd edək ki, …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oyta Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pislədi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiyasiyası Prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Avstraliyada və xaricdə yaşayan azərbaycanlılar adından Tehranda Azərbaycan səfirliyinə qarşı terror hücumunu pisləyən bəyanat yayıb. Sayın Mikayil bəy törədilən terror aktının İranın dövlət orqanları tərəfindən təşkilatlandırıldığını bildirərək, terror aktı nəticəsində səfirliyin …

Ətraflı oxu »

Güney Azərbaycan İstiqlaçılar Birliyi səfirliyimizə qarşı terror əməliyyatını pisləyir

GADTB: Bu gün səhər radələri İran fars işğal rejiminin tanımış terror örgütü sipah pasdaran Tehranda Azərbaycan səfirliyinə qarşı terror saldırısı düzənləyərək bir Azərbaycan vətəndaşını şəhid və bir nəçə soydaşımızı yaralamışdır. İran işqal rejiminin anti Azərbaycan siyasəti 30 il ermənı işqalçılarından himayəsı və Azərbaycan Cumhuriyyətinə müxtəlif təziyiqlərlə yanaşı əsgəri hədə-qorxu və …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “arb24 TV”-də “Terror yuvasına çevrilən İran: Molla rejimi Azərbaycandan üzr istəyəcək?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “arb24 TV”-də “Terror yuvasına çevrilən İran: Molla rejimi Azərbaycandan üzr istəyəcək?” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında molla rejiminin əvvəldən Azərbaycana və Azərbaycan …

Ətraflı oxu »

GADTB-nin Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı bildirişi

GADTB: Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Azərbaycan səfirliyinə edilən terror hücumunda səfirliyin mühafizə birliyinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş isə yaralanıb. İran adlanan yerdə Azərbaycan səfirliyinə törədilən həmin terror aktı sözsüz ki, İranın fars-molla rejiminin xeyir-duası ilə törədilən terror əməlidir. Molla rejimi dəfələrlə …

Ətraflı oxu »

Qoşaçayda bələdiyyə işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində bələdiyyə işçiləri etiraz aksiyası keçirib. İşçilər bələdiyyə başçısının istefasından sonra bələdiyyə sistemində yaranan qeyri-müəyyənlikdən narazılıqlarını bildiriblər. Etirazçılar yaranmış vəziyyətə görə əziyyət çəkdiklərini, əmək haqları və qanunla nəzərdə tutulmuş başqa hüquqlarını ala bilmədiklərini qeyd ediblər.

Ətraflı oxu »

Molla rejimi Qəzvində azərbaycanlı vəkili həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Qəzvin şəhərindən olan azərbaycanlı vəkil Əmir Əfşar Nəcəfi 17 ay həbs cəzasına məhkum edilib. Azerbaycanlı vəkil hökumət əleyhinə təbliğatda ittiham edilib. Bununla yanaşı rejimin məmurları vəkilin şəxsi əşyalarını müsadirə edilib. Eyni zamanda rejimi vəkilin iki il müddətində vəkillik fəaliyyətinə də …

Ətraflı oxu »

Molla rejimin yaxaladığı azərbaycanlı fəalın taleyindən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi Güney Azərbaycanın Sayınqala şəhərindən olan tanınmış alpinist Babək Qabilnəjadın taleyindən heç bir xəbər yoxdur. Fars-molla rejiminin məmurları tərəfindən noyabrın 5-də yaxalanan azərbaycanlı fəalın nədə ittiham olunduğu və harada saxlanıldığı barədə ailəsinə heç bir məlumat verilmir. Eyni zamanda rejimin məmurları …

Ətraflı oxu »

Molla rejimi Güney Azərbaycanda türkcə kitab çapına uydurma bəhanələrlə icazə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda türkcə kitab çapına uydurma bəhanələrlə icazə vermir. Rejimin Mədəniyyət Nazirliyi yeni yoxlama və senzura qanunlarını tətbiq etməklə İranda türk kitablarının çapına icazə verməkdən imtina edir. Molla rejininin Mədəniyyət Nazirliyi bu dəfə Azərbaycan türkcəsinin ədəbi dilinə saxta Qafqaz türkcəsi …

Ətraflı oxu »

Molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı fəal zindanda aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı fəal Pejman İslami zindanda aclıq aksiyası keçirir.  Azərbaycanlı milli fəal Pejman İslami 4 aylıq həbsdən sonra qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılmasına etiraz olaraq yanvarın 23-dən aclıq aksiyasına başlayıb. Azərbaycanlı milli fəal qarşı “İran rəhbərini təhqir etmək” və …

Ətraflı oxu »