GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya kimyəvi və bioloji kütləvi qırğın silahlarının hazırlanması üçün tədqiqatları sürətləndirib. Bu barədə NATO Parlament Assambleyasında Ukrayna nümayəndəliyinin sədri İrina Friz danışıb.
Ətraflı oxu »Güney Azərbaycanda Sulduz, Makı və Culfanın bazarları etiraz olaraq tətillərə başladı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Sulduz, Makı və Culfa və s. şəhərlərin bazarları irqçi fars rejimin yarıtmaz siyasəti nəticəsində iqtisadiyyatın çökdüyünə etiraz olaraq tətillərə başladı.
Ətraflı oxu »Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
GADTB: Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. …
Ətraflı oxu »Pompeo ABŞ-ın İran adlanan ölkədən nə istədiyini açıqladı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran adlanan ölkəyə münasibətdə siyasəti bu ölkədəki hakim rejimin dəyişdirilməsinə hesablanmayıb. Bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, ABŞ-ın son sanksiyaları İran liderlərinin xalqının səsini dinləməsi və regionda destruktiv fəaliyyətini dayandırması üçün davranışını dəyişdirməsinə hesablanıb:
Ətraflı oxu »Çinarşahicanda qaşqay türkləri dinc mitinq keçirdi-Video
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünın 2018-ci il may ayının 25-da Qayimiyədə (Çinarşahican) qaşqay türkləri dinc mitinq keçirərək, bu bölgənin Kazerundan ayrılmasını tələb etdilər. Onlar bölgədə irqçi farslardan ayrılmağı istəyib və öz yaşadıqları rayonun Kazerundan ayrılaraq başqa rayon olmağa haqlarının çatdığını bildiriblər.
Ətraflı oxu »Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə poçt markası buraxılıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb.
Ətraflı oxu »Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər Tağızadənin AXC-nin 100 illiyi münasibətilə təbrik mesajı
GADTB: Bu gün türk dünyasında ilk cümhuriyyət idarə üsulu olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. 100 il öncə millətimizin dahi oğulları Azərbaycanın quzey hissəsində 1918-ci il may ayının 28-də Türk Dünyası və ümumiyyətlə Şərq aləmində ilk demokratik, plüralist və dünyəvi Azərbaycan dövlətini yaratdı. Əslində Məhəmməd Əmin bəy Rəsulzadənin, …
Ətraflı oxu »Sulduzda həbs edilən 10 azərbaycanlı fəal ümumi asayışı pozmaqda ittiham edildi
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi dünən may ayının 25-də Sulduzda Azərbaycanın May Qiyamının 12-ci ildönümü münasibəti ilə Azərbaycan Milli Hərəkatının şəhidlərini anmaq məqsədilə şəhidlərin məzarına tolaşan fəalları yaxalayıb.
Ətraflı oxu »Türkiyə ordusu PKK terror təşkilatının çox sayda üzvü və 3 rəhbərini məhv etdi
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri bir hərftə ərzində 49 terrorçunu zərərsizləşdirib.
Ətraflı oxu »Güney Azərbaycan İstiqlalçılar Birliyi İsveç Parlamentində konfrans keçirdi – Video-Şəkil
GADTB: 2018-ci il may ayının 23-də İsveç vaxtı ilə 12:30-dan 15:00-dək İsveçin paytaxtı Stokholm şəhərində İsveç parlamentində Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİP, GAMYT, VMAC, GADTB təşkilatlarının) təşəbbüsü ilə parlamentdə görüş və “Güney Azərbaycan problemləri və istiqlala gedən yol” adlı konfrans keçirildi. Konfransda qeyri-fars millətlərin də təmsilçiləri iştirak edib.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi