admin

“Türkçülük günü” münasibəti ilə Milliyyətçi Gənclər Təşkilatı tədbir keçirib- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 3 May 2018-ci il tarixində “Türkçülük günü” münasibəti ilə Milliyyətçi Gənclər Təşkilatı tədbir keçirib. İştirakçılar arasında təşkilatın üzvləri, tərəfdarları ilə yanaşı rəsmi qonaqlar da vardı. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə açılış nitqini təşkilatın hazırkı idarə heyəti sədri İskəndər Osmanlı söylədi. …

Ətraflı oxu »

İrqçi fars rejimi Azərbaycanda yerli əhali yerinə mühacir İraq kürdlərinə Yerli Oyun Festivalı keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejimi Azərbaycanı Kürdüstanlaşdırmaq məqsədilə Qərbi Azərbaycanın Silvana bölgəsində mühacir İraq kürdlərinə yerli oyun festivalı keçirdi. Halbuki, rejim bu bölgənin sahibləri olan yerli Azərbaycan türkləri üçün belə festivalların keçirilməsinə icazə vermir. İrqçi fars rejiminin bu Antiazərbaycan siyasəti yerli əhalinin narazılığına səbəb olub. …

Ətraflı oxu »

İrqçi fars rejimi raket proqramının gizli olduğuna etiraf etdi

İrqçi fars rejiminin məclisinin Xarici Siyasət Komissiyasının üzvü Seyid Hüseyn Nəqəvi Hüseyni rejimin raket proqramının gizli olduğuna etiraf edib. O deyib ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasına hazırlıq olaraq bütün tədbirlərimizi görmüşük. O  “Tasnim” agentliyinə açıqlamasında iddia edib ki, məhz Qərb İranla imzalanan nüvə razılaşmasının öhdəliklərinə əməl etməyib.

Ətraflı oxu »

Muğanın Şahsevən Elat Festivalında məktəblərdə türk dilinin tədrisi gündəmə gətirilib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən cümə günü günortadan öncə Güney Azərbaycanın Fəthəli Palaz Hamarı qışlağında Muğanın Şahsevən Elat Festivalı keçirilib. Festivala qatılan Ərdəbilin məclisdəki millət vəkili Südeyf Bədri konstitusiyanın 15-ci maddəsinə toxunaraq, deyib ki, dövlət ana dilini məktəblərdə tədris etməyə borcludur.

Ətraflı oxu »