Şənbə , May 30 2026
azfa

Avropa Birliyi Rusiyaya qarşı türk ölkəsi Qazaxıstanla yaxınlaşmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Birliyi bir neçə dövləti öz tərəfinə çəkmək üçün onlarla münasibətləri yaxşılaşdırmağa çalışır. Bu barədə “Politiko” nəşrində yayılan məqalədə bildirilib.

Nəşr qeyd edib ki, Brüssel – Rusiya-Çin alyansının maraq dairəsində olan dörd ölkəyə – Braziliya, Çili, Nigeriya və Qazaxıstana marağını gizlətmir:

“Bu dörd ölkənin niyə prioritetləri siyahısında olduğunu anlamaq çətin deyil. Braziliya və Çili sərvətlərlə zəngin olan Latın Amerikası dövlətləridir, Nigeriya Qərbi Afrikanın iqtisadi mərkəzidir, Qazaxıstan Mərkəzi Asiyada neft və qaz yataqlarına malikdir. Avropalı məmurlar hesab edir ki, Moskva və Pekinə qarşı Brüsselin təsirini gücləndirmək AB-yə həm resurs problemlərini həll etməyə, həm də qlobal arenada daha müstəqil oyunçu olmağa kömək edə bilər”.

Həmçinin yoxlayın

Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur “Laçın” vəfat edib

GADTB: “Laçın” təxəllüsü ilə tanınan ədəbiyyat xadimi Qaşqay türk ədəbiyyatının tanınmış simalarından olan şair və …

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …