Bazar , Sentyabr 6 2026
azfa

Avropa İttifaqından İran hökumətinə qarşı “təzyiqin qorunub saxlanmasına” dəstək

GADTB: Avropa İttifaqı bazar ertəsi bildirib ki, İran üzərində təzyiqi qoruyub saxlamaq, gərginliyin azaldılmasına və regional sabitliyə töhfə vermək məqsədilə ABŞ, digər beynəlxalq tərəfdaşlar və Yeddilər Qrupu ilə əməkdaşlığını davam etdirəcək.

Bəyanatda deyilir: “Avropa İttifaqı İranın sabitliyi pozan fəaliyyətlərini dayandırmasını və sülh danışıqlarında xoşməramlı şəkildə iştirak etməsini təmin etməyə yönəlmiş səyləri, o cümlədən ABŞ-ın rəhbərlik etdiyi iqtisadi təcrid əməliyyatı da daxil olmaqla, daha geniş iqtisadi təzyiq vasitəsilə dəstəkləyir.”

“İqtisadi təcrid əməliyyatı” ABŞ rəsmilərinin İran İslam Respublikasına qarşı həyata keçirdiyi yeni iqtisadi təzyiq proqramına verdiyi addır.

Avropa İttifaqının bəyanatı ABŞ-ın ev sahibliyi etdiyi İyirmilər Qrupunun sammitinin başlanması ərəfəsində yayımlanıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent Reuters agentliyinə bildirib ki, bu toplantıda dünyanın ölkələrinin maliyyə nazirlərindən və mərkəzi bank rəhbərlərindən İranla iqtisadi əlaqələrini kəsmələrini tələb edəcək. Əks halda həmin ölkələr ABŞ-ın ikinci dərəcəli sanksiyaları ilə üzləşəcəklər.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …