Çərşənbə , Aprel 24 2024
azfa

Avstraliya-Azərbaycan Assosiyası və GADTB Avstraliyada Gəncə qurbanlarını anıb, Ermənistanın törətdiyi hərbi cinayətləri pislədilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün oktyabr ayının 24-də Avstraliya-Azərbaycan Assosiyası və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə Gəncə qurbanlarına anım mərasimi keçirilib. Tədbirdə işğalçı Ermənistanın Azərbaycan şəhərlərini raket atəşinə tutaraq hərbi cinayət və terror törətməsi də pislənilib.

Avstraliya-Azərbaycan Assosiyası və GADTB tərəfindən sayın Mikayıl Oyta və Sara xanım Azərsun ayrıca Gəncə qurbanlarının xatirəsinə gül çələngi qoymuşlar. Digər tədbir iştirakçıları da Gəncədə erməni terrorunun qurbanlarını anmışlar.

Tədbirdə Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Prezidenti və Güney Azərbaycan Demokratik türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta çıxış edib.

Qeyd edək ki, bu gün Avstraliya-Azərbaycan Assosiyası və GADTB tərəfindən Sidneydə həmin tədbirlə yanaşı 150 nəfərdən artıq iştiraçı ilə Azərbaycan ordusuna dəstək aksiyası nəzərdə tutulurdu. Lakin şəhər rəhbərliyi bu həftə üçün yürüşün təhlükəsizliyini təmin etmək üçün lazımi polis qüvvəsinin olmadığı üçün yürüşü növbəti həftəyə keçirməyi tələb edib. Nəticədə yürüşün noyabrın 1-də keçirilməsi planlaşdırılıb.

Tədbirin videosu:

https://t.me/GADTB1/3814

https://t.me/GADTB1/3813

https://t.me/GADTB1/3812

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın