Bazar ertəsi , Yanvar 24 2022
azfa

Azərbaycan azad olunan ərazilərdə mühüm layihələrə start verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan prezidenti işğaldan azad olunan ərazilərə yeni səfəri ilə həmin ərazilərdə bir sıra mühüm layihələrə start verib.

Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə deyib “Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağaclarını əkdik. Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır və 100 hektardan çox sahədə unikal çinar ağacları orada dövlət tərəfindən qorunurdu. Bu, unikal çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Erməni vandalizminin növbəti əlaməti idi və bu gün Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verildi”.

 “Biz bu qoruğu bərpa edəcəyik və əlbəttə ki, orada kəsilmiş ağacların yaşı hardasa 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik.

Eyni zamanda Bəsitçaya da balıqları buraxdıq. Bəsitçay çox gözəl çaydır. Ümumiyyətlə bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın sularını da kəsmişdir və bir neçə rayonumuzda yüz mindən çox hektar torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilirdi”, – deyə dövlət başçısı bildirib.

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Həmçinin səfər çərçivəsində ağılı kənd layihəsinə də Ağalı kəndindən başlanılıb.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …