Bazar , Sentyabr 8 2024
azfa

Azərbaycan türkləri Amolun “Kale” şirkətinin məhsullarını baykot edib

GADTB-nin Mətbuat Mərkəzinin Qərbi Azərbaycan saytlarına istinadən yaydığı məlumata görə, son günlərdə Amolda “Kale Amol” voleybol komandasının paniranist tamaşaçılarının türkləri təhqir etmələri həmin şirkətin məhsullarının satışının Azərbaycan türkləri tərəfindən baykot edilməsi ilə nəticələnib.

Yarışdan üç gün keçsə də indiyədək Kale Şirkəti və komandası, eləcə də İran rəsmiləri Azərbaycan türklərindən üzr istəməyib. Futbol Federasiyasının İnzibati Komitəsi də bu məsələni sükutla qarşılayıb. Görünür yarışda türkləri irqçi şüarlarla təhqir etmək bütün aidiyyəti İran rəsmilərinin də ürəyindən olub.

Türklərin təhqir edilməsi qarşısında Azərbaycan türkləri sosial şəbəkələrdə irqçiliyə qarşı bir mübarizə metodu kimi kampaniya şəkilində Kale Şirkətinin süd məhsullarını baykot ediblər. Kampaniyanı təşkil edən çox sayda soydaşımız bütün türklərin həmin kampaniyaya qoşulmasını tələb ediblər.

Qeyd edək ki, son günlərdə Amolda “Kale Amol” voleybol komandası ilə Urmiyanın “Şəhrdari” komandası arasında keçirilən yarışda “Kale Amol” komandasının tərəfdarları stadionda “ölüm olsun türkə” şüarı səsləndirmişdilər. Bu isə İran adlanan ölkədə rasim və irqçiliyin son həddə çatması ilə bağlıdır. Amoldan öncə isə Tehranda rasist farslar bu şəkildə türkləri təhqir etmişdilər. Bu da İran adlanan ölkədə ciddi türk düşmənçiliyinin meydana çıxdığını göstərir. Ona görə İran adlanan ölkədə öz doğma diyarında yaşayan türk milləti oyaq və tədbirli olmalıdır. Çünki, bu proses qorxulu Bosna-Hersek və Xocalı faciəsindən də böyük faciələrin rasist farslar tərəfindən törədilməsinə gətirib çıxara bilər.

 

Həmçinin yoxlayın

Tehranın Evin zindanında azərbaycanlı milli fəalların qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılması 7-ci aya keçib

GADTB: Azərbaycanlı milli fəallar  Murtəza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Kərəm Mərdanə, Baqirr Hacizadə və …

İran Rusiyanı sərhəd mübahisəsində Azərbaycanın tərəfini tutmaması barədə xəbərdar edir

“The Guardian” nəşrinin saytında “İran Rusiyanı sərhəd mübahisəsində Azərbaycanın tərəfini tutmaması barədə xəbərdar edir” sərlövhəli …