Bazar ertəsi , İyun 15 2026
azfa

Azərbaycanlı fəal Əli Razizadə Nəzərlu 2 il həbsə və əlavə cəzalara məhkum edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Əli Rəzizadə Nəzərlu Tehran İnqilab Məhkəməsinin hakimi Sələvatinin sədrlik etdiyi 15-ci şöbəsi tərəfindən “Ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni pantürkizm qrupuna üzv olmaq” ittihamı ilə 2 il həbsə məhkum edilib. Onun əlavə cəzalara, o cümlədən 2 il qruplara üzv olmağı və ölkədən çıxışı qadağan edilib.  

Məhkəmə qərarında deyilir: “…İnstaqramda etnik və pantürkist düşüncələrin təbliği və separatçı hərəkatların dəstəklənməsi sahəsində səhifənin yaradılması və pantürkist anti-təhlükəsizlik məhbuslarına dəstək verən videoçarxın dərc edilməsinə, GAMAJ , Abbas Lasani, Lətif Hüsni və İbrahim Nuri və digərlərini himayə ediyi üçün 2 il həbsə, 2 il qruplara üzv olmaq və ölkədən çıxış qadağasına məhkum edilib.

Qərardan bildiriş tarixindən etibarən 20 gün ərzində Tehran vilayətinin apellyasiya məhkəmələrinə şikayət verilə bilər.

Həmçinin yoxlayın

Ərdəbildə toy məclisinə görə şadlıq sarayı möhürləndi, sahibi saxlanıldı

GADTB: Ərdəbil şəhərinin prokuroru bu şəhərdə fəaliyyət göstərən bir şadlıq sarayının “qarışıq toy mərasimi keçirilməsi” …

BMT: İran hakimiyyəti ilin əvvəlindən bəri təhlükəsizlik ittihamları ilə azı 40 nəfəri edam edib

GADTB: Volker Türk bildirib ki, İran hakimiyyəti 2026-cı ilin əvvəlindən indiyədək “milli təhlükəsizlik”lə əlaqələndirilən ittihamlar …