Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Azərbaycanlı fəal Rəhim Qulamiyə saxta ittihamlar irəli sürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin məhkəməyə çağırdığı azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulamiyə yeni saxta ittihamlar irəli sürülüb.

Bunun üçün fəal iyunun 3-də rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməsi tələb edilmişdir.

Rejimin məhkəməsinin hakimi Xudadadi fəalı “GAMAC Təşkilatında üzv olmaq, rəhbəri təhqir etmək, virtual aləm və iclaslarda həqiqəti olmayan mətləblər yaymaqla sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Rəhim Qulamı irəli sürülən bütün ittihamları rədd edərək “GAMAC”la bağlı ittihamı rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin fəallara qarşı qurduğu yeni ssenari adlandırıb.

Qeyd edək ki, Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

Həmçinin yoxlayın

İraqda terrorçuları tərksilah planı SEPAH-ı hərəkətə keçirib

GADTB: İranın terrorçu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər …

Tramp: İran ABŞ əsgərlərinin və öz xalqının öldürülməsinə görə təzminat ödəməlidir

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın son «50 il ərzində» ABŞ …

Bir cavab yazın