Cümə axşamı , İyun 25 2026
azfa

Azərbaycanlı fəallar fars şovinisti Qulaməli Həddad Adilin Ərdəbilə səfəri etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fars Dili və Ədəbiyyatı Akademiyasının sədri, fars şovinisti Qulaməli Həddad Adilin Ərdəbilə səfəri azərbaycanlı fəalların etirazına səbəb olub.

Azərbaycanlı fəallar martın 11-də Ərdəbilin bütün məhəllələrində divar yazıları yazıb, yazılı vərəqə və bildirişlər paylamaqla Qulaməli Həddad Adilin Ərdəbilə səfərinə etirazlarını bildiriblər.

Qeyd edək ki, Qulaməli Həddad Adil Ərdəbilin cümə imamı Həsən Amolinin dəvəti ilə martın 12-də keçirilməsiplanlaşdırılmış Nizami Gəncəvinin anım mərasimində çıxış etmək üçün Ərdəbilə səfər edib.

Azərbaycanlı fəalların yaydığı bildirişdə deyilir: “Bizə öz ana dilimizdə oxumağı qadağan edən, ana dilimizi məhv etmək üçün əllərindən gələni edənlər Azərbaycan oğlunun anım mərasiminə qatılmaq üçün bu bölgəyə səfər edirlər. Ərdəbil bu ləkəni qəbul etmir və bu yurdun övladları düşmənlərinin bu torpaqda olmasını istəmir”.

Azərbaycanlı fəallar həmçinin Ərdəbil şəhərinin divarlarında “Ölüm olsun faşistə”, “Həddad Adil fars şovinistidir” və s. şüarlar yazıblar.

Azərbaycan mədəniyyəti, tarixi və şəxsiyyətlərini mənimsəyən İran rejiminin Mədəniyyət Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftənin keçirilməsini planlaşdırıb.

İran rejimi Azərbaycan həqiqətlərini təhrif edərək Azərbaycan şairi Nizami Gəncəvini də fars şairi kimi qələmə verir.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …