Çərşənbə axşamı , May 26 2026
azfa

Azərbaycanlı fəallar şüarlar yazmaqla Qərbi Azərbaycana qeyri-yerli və kürd valinin təyin edilməsinə etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Urmiyada divarlara şüarlar yazmaqla Qərbi Azərbaycana qeyri-yerli və kürd valinin təyin edilməsinə etiraz etdilər. Onlar həmçinin Qərbi Azərbaycanın Kürdüstanlaşdırılması məqsədilə bir kürd vali yəni Şəhriyarının Qərbi Azərbaycana vali təyin edilməsi və həmin valinin Antiazərbaycan hərkətlərinə azərbaycanlı millət vəkillərinin göz yummasına etiraz edirlər.

Azərbaycanlı fəallar kürd valiyə etiraz olaraq divarlara “Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz”, “Urmu türkdür türk də qalacaq” və s. şüarlar yazdılar. Onlar beləliklə irqçi və işğalçı fars rejimin Qərbi Azərbaycanı Kürdüstanlaşdırması siyasətinə etirazlarını bildirdilər.

Qeyd edək ki, bundan öncə azərbaycanlı fəallar kağız pulların üstündə şüarlar yazmaqla Şəhriyarinin Qərbi Azərbaycana vali təyin edilməsinə etiraz etmişdilər. Həmçinin Şəriq Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbilin öyrənciləri bəyanat yayaraq, Qərbi Azərbaycana təyin edilən kürd valinin kənarlaşdırılmasını tələb etdilər.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın