Azərbaycanlı jurnalist Siyavaş Süleymanipur Apellyasiya Məhkəməsində irəli sürülən ittihamlardan bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsi azərbaycanlı jurnalist vəfəal,  Qərbi Azərbaycan mediasının tanınmış mənsublarından biri olan Siyavaş Süleymanipura ittihamlarından bəraət qazandırıb.

Siyavaş Süleymanipur rejimin Urmiyadakı Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsində hakim Nəcəfzadənin sədrliyi ilə keçirilən prosesdə ümumilikdə 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Siyavuş Süleymanipur keçən il Urmiyada rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən evinə basqın zamanı həbs edilib. O, yaxınları ilə görüşmək və əlaqə saxlamaq hüququndan məhrum edilib. Azərbaycanlı jurnalist həbsdə olduğu müddətdə dəfələrlə işgəncələrə məruz qalıb. 45 gündən sonra isə girov qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …