Azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədi Tehranda yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin təhlükəsizlik məmurları dünən 2018-ci il mart ayının 14-də azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədini Tühran şəhərində fəalın iş yerində yaxalayıblar.

Azərbaycanlı türk fəalın nə səbəbdən yaxalandığı və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, Behnam Nurməhəmmədi 2013-cü ildə avtomobil qəzasında həyat yoldaşı və övladı ilə birlikdə həyatını itirən mərhum İbrahim Cəfərzadənin Xoy şəhərində keçirilən dəfn mərasimində həyat yoldaşı ilə bərabər yaxalanıb həbs edilmişdir. Lakin bir müddət sonra 30 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın