Cümə , İyun 20 2025
azfa

Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən iyul ayının 31-də azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad mülki vəsiqə qarşılığında Evin zindanından zaminə buraxılıb.

Babək Qalası Qurultayı zamanı rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı fəala buraxılması üçün Evin Prokurorluğunun 7-ci şöbəsi iki əmək haqqı qəbzi və 400 milyon riallıq mülki vəsiqə qərarı çıxarmışdı.

Azərbaycanlı fəal yallan ittihamlarla şərlənib. Yaxalandığı ilk günlərdə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də günahlandırılan fəalın ittihamı “sistemin əleyhinə təbliğat aparmaq”la dəyişdirilşib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Babək Qalası Qurultayı ilə əlaqədar iyul ayının 2-də irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. Fəal bir müddət Evin zindanının 209-cu korpusunun təkadamlıq kamerasında, sonra isə həbsxananın 4-cü ümumi korpusunda saxlanılıb və işgəncəyə məruz qalıb.

Azərbaycanlı fəal Cəfər Rüstəmirad mədəni fəaliyyətləri ilə bağlı keçmiş illərdə də Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astara şəhərlərinin irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə yaxalanaraq, həbs edilmişdir.

Həmçinin yoxlayın

İsrail Sefidrood Sənaye Parkını vurub-Video

GADTB: İsrail Rəştin Sefidrood Sənaye Parkında, Kəleş Taleşan kəndi yaxınlığında İslam Respublikasının döyüş maşınına bağlı …

Tehranın Evin zindanında siyasi məhbuslara qarşı təzyiqlər davam edir

GADTB: Son günlər Evin həbsxanasının təhlükəsizlik qüvvələri 209-cu bölmədəki bütün məhbusları öz kameralarına salıb, onların …

Bir cavab yazın