Çərşənbə axşamı , May 19 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi dünən fevral ayının 28-də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən səhər tezdən işə gedərkən Təbriz şəhərindən yaxalanmışdır. Fəalın nə səbəbə görə yaxalandığı hələlik məlum deyildir.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi 2017-ci il avqust ayının 6-da Təbrizin mərkəzi zindanından sərbəst buraxılmışdı. O, irqçi fars rejiminin Təbrizdə İnqilab Məhkəməsinin 3-cü şöbəsində qazı Baqirpur tərəfindən yalan ittihamlar yəni sistem əleyhinə təbliğ və İran rəhbərinə təhqirdə ittiham edilərək, 3 il həbsə məhkum edilmişdir. Əliməhəmmədi 3 illik həbs müddətini zindanda keçirəndən sonra keçən il avqust ayında sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın