Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri apelyasiya məhkəməsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, heç bir günahı olmadan 6 ay həbsə məhkum edilən azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri, məhkəmə qərarından apeyasiya şikayəti verdiyi üçün Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı şöbəsinə çağrılıb.

Qeyd edək ki, İbrahim Nuri keçən il İran adlana ölkədə dövlət tərəfindən mitiq təşkil edilən Qüds günündə Çində zülmə məruz qalan Uyğur türkləri, Suriyada Bayırbucaq türkmənləri və Qarabağ azərbaycanlılarının haqq səsini eşitdirməyə cəhd etdikləri üçün rejim tərəfindən tutularaq, rejimin “milli təhlükəsizliyinə qarşı toplanmaq”da ittiham edilərək həbsə məhkum edilmişlər.

İ.Nuri tutulduğu gündən müvəqqəti həbsdə 11 gün müddətinə aclıq aksiyası keçirib. İbrahim Nuri bundan öncə də mədəni fəaliyyətləri ilə bağlı həbs edilmişdir. Nuri ilə yanaşı yaxalanan Əkbər Cəhangiri də heç bir günahı olmadan 4 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın