Cümə axşamı , Dekabr 8 2022
azfa

Azərbaycanlı yazıçı Mehdi Səliminin dosyesi Tehran İnqilab Məhkəməsinə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı fəal, yazıçı, tərcüməçi və tədqiqatçı Mehdi Səliminin dosyesi rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 28-ci şöbəsinə göndərilib.

Qeyd edək ki, azərbaycanlı yazıçı 2020-ci il iyulun 7-də Güney Azərbaycanın Əhər şəhərindəki ata evində həbs edilib və həmin il avqustun 17-də 500 milyon tümənlik zəmanət qarşılığında zaminə buraxılmışdır.

Rejimin məhkəməsi daha öncə Mehdi Səliminin zaminə buraxılması üçün 1 milyard 200 milyon tümən dəyərində vəsiqə tələb etmişdi. Lakin yazıçının bu məbləğdə zəmanətin təmin edə bilməyəcəyini açıqladığından  sonra tələb olunan vəsiqənin dəyəri 500 milyon tümənə endirilmişdi.

Mehdi Səlimi iyulun 7-də Əhər şəhərindəki ata evində yaxalanmışdı. O yaxalandıqdan sonra, Təbrizə, daha sonra Tehranda Evin zindanında 209-cu bölməyə köçürülmüşdü. Azərbaycanlı yazıçı iki həftə həmin bölmədə dindirildikdən sonra Evin zindanının ümumi bölməsinə köçürülmüşdü.

Fəal yaxalandığı vaxt ona aid bir sıra şəxsi əşyalar, o cümlədən mobil telefon, kompüter və yazıları rejim tərəfindən müsadirə edilmişdi.

Rejim azərbaycanlı yazıçını şərləyərək “Sistemə qarşı təbliğat aparmaq”, “insanları əxlaqsızlığa sövq etmək”, “Ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək və dini müqəddəsləri təhqir etmək”də ittiham etmişdi.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səlimi Yəzd Universitetində təhsil alıb. Əvvəllər “Zoğal” onlayn jurnalının baş redaktoru, “Mindmotor” saytının müdiri olan azərbaycanlı yazıçı bir çox kitab və məqalələr tərcümə edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Dalana dirənən molla rejimi hansı addımı atacaq?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərdi

GADTB: oktyabr ayında Tehran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Göndərilən …