Başqırd türkləri

GADTB: Başqırdlar Türk xalqları qrupunun bulqar yarım qrupuna aiddir. Başqırd türklərinin ümümi sayı 1,800,000 nəfərdir. Yaşadığı və yayıldığı areal Rusiya, Ukraniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarusiya ölkələridir. Dilləri Başqırd dilidir. Başqırdlar İslamın sünni məzhəbinə inam bəsləyirlər. Başqırdlar haqqında ilk tarixi məlumatlara 9-10 əsrlərdə ərəb mənbələrində rast gəlinir. Başkorf və ya başqırd kim qeyd olunur. Başqırd rəvayətlərinə görə qurd onların atalarınən önünə düşərək yol göstərmişdir. Bu səbəblə özlərinə Başqırd (Baş Qurd) deyilmişdir.

1552-ci ildə Qazax xanlığının istila olunması ilə Başqırd tayfalarında rus istilasına məruz qaldı. Başqırdların minq tayfası tabe oldu. Ağır müstəmləkə rejimi ilə razılaşa bilməyən başqırdlar 1662-1664 – cü illərdə üsyana qalxmış çoxlu rus ailəsini Başqırdıstandan qoymuş, rus zabitlərin həlak etmişdir. Başqırd üsyanların Rusiya hökuməti amansızlıqla yatırmışdır. Başqırdların milli – azadlıq üsyanları bütün 18 əsr boyunca davam etmişdir.

Başqırd atları ən məşhur at növlərindən sayılır. Başqırd nağıllarında atın adı xüsusi keçir. Akbuzat adlı qanadlı at Başqırd eposları olan Ural-Batır və Akbuzatda vurğulanır. Alpamış və Kara yorğa nağıllarında at Başqırdların sadiq dostu kimi xatırlanır. Başqırd atları daima müharibələrdə iştirak etmişdir.

Nicat Kamaloğlu

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın