Çərşənbə axşamı , May 17 2022
azfa

BBC müxbiri Şərqi Türküstanda Çinin həbs düşərgələrinin genişləndiyini üzə çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC-nin “Çinin gizli düşərgələri” adlı xəbərində Con Sudworth həbs düşərgələrinin görüntülərini və Şərqi Türküstanda baş verənləri əks olunub.

Şərqi Türküstandakı toplama düşərgələrinə dair hər gün yeni məlumatlar əldə edilir. BBC müxbiri Con Sudworth, Şərqi Türküstana gedərək toplama düşərgələri və ümumi vəziyyət haqqında mühüm məlumatları bölüşdü.

BBC-nin “Çinin gizli düşərgələri” adlı xəbərində; Con Sudworth həbs düşərgələrinin görüntülərini yayıb. Nəşr olunan videonun əvvəlində Con Sudworthun həbs düşərgəsi yaxınlarında ziyarətçi bir ailəyə yönəltdiyi sualda Uyğur türkü olan bir uşağın “Atamı ziyarətə gəlmişəm”! Dediyi görülür. Ancaq dərhal sonra Con Sudworthun operatoruna Çinli polislər tərəfindən müdaxilə edildiyi görünür.

Xəbərdə Ürümçi Turpan yolu üzərindəki Tapançeng qəsəbəsində 2015-ci ilə aid peyk təsvirlərində boş bir ərazinin 2018-ci ildə nəhəng bir konslagerə çevirdiyini yenə də peyk görüntüləri sübut edir. BBC müxbirləri, Tapançengdeki düşərgəyə getmək üçün yola çıxdıqları zaman özlərini ən azı 5 avtomobilin təqibə aldığını ifadə edir.

Tapançengdeki həbs düşərgəsinə yaxınlaşanda üzləşdikləri mənzərə Con Sudworth bu şəkildə anladır:

Kampa yaxınlaşdıqca enində sonunda arxadakı dəstə tərəfindən dayandırılacağımızı bilirdik. Bir müddət sonra gözləmədiyimiz bir mənzərəylə qarşı-qarşıya qaldıq. 2015-ci ildəki peyk mənzərəsində tozlu geniş ərazi artıq yox idi. Böyük bir genişlənmə layihəsi ilə üzləşmişdik. Çölün ortasından kiçik bir şəhərin cücərməsi kimi bir vəziyyət vardı. Bu nəhəng binaların kamera qeydiyyatını alarkən çox keçmədən polis qarşımız kəsdi”.

Con Sudworthun xəbərində Aprel 2018-den Oktyabr 2018-ə ötən müddətdə burada həbs düşərgənin 5-6 dəfə böyüklüyünə çıxdığını sübut edən peyk görüntüləri də yer alır. Xəbərdə bu sual yönəldilir:

Əgər bura yalnız bir təhsil mərkəzi isə 16 müşahidə qülləsi və bizi daim mane olmağa çalışan bu polis konvoyu kimdir?

Xəbərdə həmçinin Şərqi Türküstanda son illərdə artan təhlükəsizlik investisiyaları və dini inanclara edilən təzyiqlər də müzakirə olunur. Bir çox məscidin qapısına qıfıl vurulduğu göstərilərkən, polis sayının və təhlükəsizlik nöqtələrinin 10 dəfə artdığı bildirilir.

 

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …

Bir cavab yazın