Xəbərlər

Xristian Ermənistanın Azərbaycana təcavüzünü pislədiyi üçün İranın yaxaladığı azərbaycanlıdan heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xristian Ermənistanın Azərbaycana təcavüzünü pislədiyi üçün İranın yaxaladığı azərbaycanlı fəal Həmid Cabbarlının vəziyyətindən heç bir xəbər yoxdur. Rejim onu müsəlman Azərbaycana dəstək aksiyasında iştirak etdiyi üçün digər azərbaycanlı fəallarla birlikdə Tehranda Ermənistan səfirliyi qarşısında yaxalayıb. Tehran sakini olan azərbaycanlı milli fəal iyulun 16-da …

Ətraflı oxu »

İsveçdə Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz məhkəmə qərarı etiraz aksiyasında pisləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveçdə yaşayan Güney Azərbaycandan olan bir qrup azərbaycanlı fəal həmin ölkədə İran səfirliyi qarşında aksiya keçirərək, azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə qarşı rejimin məhkəməsinin çıxarıdığı 15 il həbs və 2 il sürgün cəzasının rejimin Ali Məhkəməsində təsdiqlənməsini pisləyiblər. Fəallar iyulun 20-də keçirilən aksiyada …

Ətraflı oxu »

Ermənilərin Qarabağa köçürüldüyünü sübut edən abidə -Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1978-ci ildə Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində “MARAĞA 150” abidəsi ucaltmışdı. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu barədə məlumat verib. …

Ətraflı oxu »

BMT Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.  “Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”. Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib. Dyujarrik vurğulayıb ki, …

Ətraflı oxu »

Azərbaycan sərhədi boyunca kəşfiyyat aparan Ermənistanın 2 PUA-sı məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın öz sərhədləri boyunca kəşfiyyat aparan Ermənistanın 2 PUA-sını vurduğunu bildirir. Məlumata görə, iyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu …

Ətraflı oxu »

Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlını həbs etmək üçün rejim yalan ittihamla dosya quraşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Xoy şəhərindəki Kiber Cinayətləri Polisi azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlıya qarşı yalan ittihamla dosya quraşdırmaq və həbs etmək məqsədilə onu polis idarəsinə çağırıb. Rejimin polis məmurları iyulun 20-də Əhmədi Yekanlının anası ilə telefon əlaqəsi saxlayaraq azərbaycanlı fəalı polis bölməsinə …

Ətraflı oxu »

Rum icması Kıbrıs Türk tərəfinin bərabər hüquqlarını təhvil verməlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kıbrıs (Kipr) Rum tərəfinin Kıbrıs Türkünün siyasi bərabərliyini və Adanın təbii qaynaqları üzərindəki bərabərhüquqlarını yubanmadan təhvil verməsinin vacibliyini bildirib. Ərdoğan Kıbrıs Sülh Hərəkatının 46-ci ildönümü münasibətilə paylaşdığı mesajında “Adada ədalətli və daimi sülhün yaranması ancaq Kıbrıs Türkünün bərabər …

Ətraflı oxu »

Dünyada Azərbaycan ordusuna dəstək aksiyaları davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Türkiyənin Iğdır şəhəri, ABŞ-ın Vaşinqton şəhəri və digər şəhərlərdə Azərbaycan ordusuna dəstək aksiyası keçirilib. Dünən isə İstanbul, Antaliya, Vaşinqton və digər şəhərlərdə Güney Azərbaycandan olan fəalların da iştirakı ilə Azərbaycana dəstək aksiyaları keçirilmişdir. ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla sərhəddə, …

Ətraflı oxu »

Serbiyanın Ermənistana böyük həcmdə silah yollaması Azərbaycanın etirazı ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bu barədə məlumat verib. Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş …

Ətraflı oxu »

Rejim azərbaycanlı fəal Şahin Bərzgəri 12 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri şərləyərək “Rejimə qarşı təbliğat aparmaq”da günahlandıraraq 12 ay həbsə məhkum edib. Azərbaycanlı fəal bundan öncə Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi tərəfindən “İctimai asayişi pozmaq” ittihamından bəraət almışdır. Azərbaycanlı fəal rejimin Təbrizdəki İnqilab …

Ətraflı oxu »