Xəbərlər

ABŞ-ın Çinlə müharibəyə hazırlaşdığı iddia olunur

GADTB: ABŞ Çinə qarşı mümkün hərbi qarşıdurmaya hazırlaşır.  “The New York Times” nəşri bu barədə geniş araşdırma dərc edib. Məqalədə qeyd olunur ki, Amerika hərbi rəhbərliyi Asiya-Sakit okean bölgəsində Çinin artan hərbi gücünə qarşı tədbirlər görməkdədir. Lakin paralel olaraq Yaxın Şərqdə – xüsusən Yəməndə baş verən bombardmanlar ABŞ-ın strateji planlarını …

Ətraflı oxu »

Times: “İran ABŞ ilə görüş ərəfəsində İraqda proksi qüvvələrinə raket göndərib”

GADTB: “The Times” qəzeti yazıb ki, İran ABŞ ilə danışıqlara hazırlaşarkən İraqdakı proksi qüvvələrinə uzaqmənzilli raketlər göndərib. Bildirilib ki, Tehran İsrailin HƏMAS və Hizbullaha qarşı hücumlarından sonra ciddi şəkildə zəifləmiş bölgədəki hərbi mövcudluğunu İraqdakı silahlılara silah göndərməklə gücləndirməyə çalışır. “Silahlı qruplar əslində tərksilah etməyə razılıq verməyiblər. Son 48 saat ərzində …

Ətraflı oxu »

Azərbaycan Prezidenti Ermənistanla bağlı xəbərdarlıq etdi

GADTB: Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb …

Ətraflı oxu »

Azərbaycanlı körpə 63 gün hüquqi mübarizədən sonra, nəhayət doğum şəhadətnaməsi ala bilib

GADTB: Rəşt şəhərində yaşayan ərdəbilli Nemət Abbasi körpə qızı Sevgi üçün şəxsiyyət vəsiqəsini azərbaycanlı vəkil Əsgər Məhəmmədinin vasitəsilə əldə edə bilib. Sevginin atasının sözlərinə görə, Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi uşağa adının türk adı olduğuna görə şəxsiyyət vəsiqəsi verməkdən imtina edirdi. Sevgi’nin atası Nemət Abbasi, Balamin Adi Kampaniyasına deyib: “Qızımız dünyaya …

Ətraflı oxu »

Levit: “İran ya razılaşmanı qəbul etməli, ya da ağır bədəl ödəməlidir!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Evin sözçüsü Karolin Levit deyib: “Prezident Tramp İrana qarşı sərt sanksiyalar tətbiq edib və Tehranın razılığa gəlmək və ya ağır bədəl ödəmək arasında seçim etmək şansı olduğunu bildirib! İran diplomatiyanı seçməsə, bunun ağır nəticələri olacaq. İranla danışıqlar gələn şənbə günü birbaşa keçiriləcək! …

Ətraflı oxu »

ABŞ İrana hücum etsə, Rusiya hərbi yardım göstərməyə borclu deyil

GADTB: Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İrana qarşı mümkün təcavüzlə bağlı sualı cavablandırarkən bildirib ki, ABŞ İrana hücum etsə, Rusiya İranla Hətərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində hərbi yardım göstərməyə borclu deyil. Qeyd edək ki, bu gün Dövlət Duması Rusiya və İran arasında bu ilin yanvarın 17-də Moskvada imzalanmış …

Ətraflı oxu »

Türkiyə türmanlara qarşı iyrənc oyunlarla bağlı xəbərdarlıq etdi

GADTB: Osmanlı imperiyası dağıldıqdan sonra Türkiyə ilə həmsərhəd olan bütün ölkələrdə türk azlıqları var idi, lakin bu toplum heç vaxt separatçı hərəkatlarda iştirak etməyib, quruculuq rolunu oynayıblar. Bunu Türkiyə XİN-in rəhbəri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib. “Ona görə də inanırıq ki, türkmanlar İraqın hörmətli oğulları olaraq layiq olduqları …

Ətraflı oxu »

Azərbaycanlı ana: Əhərdə İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi oğlumun adını “Elman” əvəzinə “Əlman” yazıblar

GADTB: Azərbaycanlı ana Əhərdə İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin oğlunun adını “Elman” əvəzinə “Əlman” yazmasını tənqid edərək, deyib:  “Həqiqətən təəssüf ki, Türk olaraq övladımıza türkcə ad seçmək hüququmuz belə yoxdur”. Azərbaycanlı körpənin anası Haniyə xanım “Balamın Adı” kampaniyasına bu barədə deyib: “Hamiləliyim zamanı yoldaşımla Təbrizə getdiyim səfərdə bu şəhərdə Elman …

Ətraflı oxu »

Tramp: İranla şənbə görüşümüzün harada olduğunu deyə bilmərəm, amma bu, birbaşa görüşdür

GADTB: ABŞ prezidenti Donald Tramp deyib: “İranla şənbə günü görüşün harada keçiriləcəyini deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bu görüş çox məxfi xarakter daşıyır və İranla birbaşa keçiriləcək. Düşünürəm ki, İranla danışıqlar nəticə verməsə, İran böyük təhlükə qarşısında qalacaq. Biz İranın nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Bu …

Ətraflı oxu »

İran edam sayına görə dünya lideridir

GADTB: 2024-cü ildə İranda 972 edam hökmünün icrası qeydə alınıb və bu, ötən il dünyada edam cəzalarının 64%-i deməkdir. Bu barədə Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilib. “İran hökuməti edam cəzasından etnik və dini azlıqlar və müxaliflərin susdurulması üçün vasitə kimi istifadə edir”, – bəyanatda bildirilib. 2024-cü ildə dünya üzrə ümumilikdə …

Ətraflı oxu »