Cümə axşamı , May 14 2026
azfa

Xəbərlər

İran XİN: “Ermənistan Təbrizdə baş konsulluğun açılması üçün lazımi hazırlıq işləri görür”

GADTB:  İRNA xəbər verib ki, dünən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransında Ermənistanın Təbrizdə baş konsulluğunun açılması və İranın Qafandakı baş konsulluğunun fəaliyyəti haqqında deyib: “İran və Ermənistan ötən illərdə Təbriz və Qafan şəhərlərində qarşılıqlı olaraq baş konsulluqların açılmasına dair saziş imzalayıb. İranın Qafandakı konsulluğu mərhum xarici …

Ətraflı oxu »

Azərbaycanlı milli fəal məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 6-da azərbaycanlı milli fəal Davud Şiri Təbrizd’ rejimin İnqilab Məhkəməsinin ikinci bölməsinə çağırılıb. Şiri ötən ilin sentyabrında 15-dən çox siyasi fəalla birlikdə həbs edilib və Təbrizdə molla rejimin ETTELAAT İdarəsinin təcridxanasında bir neçə ay təkadamlıq kamerada qaldıqdan sonra zaminə buraxılıb. Davud Şiri …

Ətraflı oxu »

Türkiyə mediası: İran PKK-ya 50 kamikadze pilotsuz uçan aparatı və hərbi texnika verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran PKK-ya 50 kamikadze pilotsuz uçan aparatı, hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri verib. Türkiyənin “Yeni Şafak” qəzeti yazıt ki, ötən aylarda təşkilata 50 kamikadze pilotsuz uçan aparat təhvil verən İran bu dəfə PKK-ya birbaşa hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri …

Ətraflı oxu »

Güney Azərbaycanın Təbriz və Zəngan bölgələrində təqaüdçülər etiraza aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz və Zəngan bölgələrində təqaüdçülər yenidən etiraza aksiyası keçiriblər. Vaxtilə rabitə sahəsində çalışmış təqaüdçülər müavinətlərinin yetərsiz oıması və inflyasiyaya uyğun artırılmamasına etiraz olaraq aksiya keçiriblər. Təqaüdçülər etiraz olaraq aşağıdakı şüarları səsləndiriblər: “Ey varlı şirkət, sənin başına nə iş gəldi? “Varlı şirkət, …

Ətraflı oxu »

Sayın Sara xanım Azərsun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi barədə Avstraliya xarici işlər nazirinə müraciət ünvanladı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və Qadın Hüquqları Departamentinin sədri sayın Sara xanım Azərsun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi barədə Avstraliya xarici işlər naziri senator Penni Vonqa məktub ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik: Xarici işlər naziri Hörmətli …

Ətraflı oxu »

Yunanıstanda – Qərbi Trakyada türklər 3 vilayətdən 2-də birinci oldu

GADTB: Yunanıstanda 9 iyunda keçirilən Avropa Parlamenti (AP) seçkilərində türklərin qurduğu Dostluq Bərabərlik Sülh Partiyası (DEB) Qərbi Trakyada 3 vilayətdən 2-də birinci olub. Yunanıstan Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, seçki qutularının 96 faizlə açıldığı qeyri-rəsmi nəticələrdən sonra DEP partiyası türklərin sıx yaşadığı Rodopda 36, İskeçedə 27 faiz səslə birinci …

Ətraflı oxu »

Molla rejimi dolayı yolla Zəngəzur dəhlizinə qarşı olduğunu bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Əli Bagiri Kani “CNN Türk” telekanalına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən İranın əvvəlki mövqeyini açıqlayıb. O deyib ki, İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir.  “İran tərəfi regionun …

Ətraflı oxu »

İmza toplama kampaniyası: “Azərbaycanlı fəalların məhkəməsi açıq və şəffaf keçirilməlidir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda “Milli fəalların məhkəmələri açıq və şəffaf keçirilməlidir” aksiyasına dəstək üçün petisiya imzalanıb və ictimai dəstək mərhələsinə başlanılıb. Petisiyada yazılıb: “Şüarlarından biri azadlıq olan 1979-cu il inqilabından 45 il keçsə də, İranda İnqilab Məhkəmələri hələ də keçirilir. Yenə hər il çoxlu sayda …

Ətraflı oxu »

Azərbaycanlı işçi fəalı Reza Şahabi xəstəxanaya yerləşdirildi

GADTB: Evin zindanında məhbus olan azərbaycanlı işçi fəalı, Tehran Avtobus Şirkətinin fəhlələr həmkarlar ittifaqının idarə heyətinin üzvü Rza Şəhabi fiziki vəziyyətinin pisləşməsi və bel diskinin təkrarlanması səbəbindən xəstəxanaya köçürülüb. Tehran və Şəhərətrafı Avtobus Şirkəti işçilərinin həmkarlar ittifaqının məlumatına görə, şənbə günü bu azərbaycanlı əmək fəalı şiddətli ağrılar səbəbilə Xomeyni xəstəxanasına …

Ətraflı oxu »

Urmiyalı milli fəallar: “Biz sifarişli seçkilərdə iştirak etməyəcəyik!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları dünən Urmiya şəhərində 6 prezidentliyə namizədin məlum olması ilə seçki oyununda iştirak etməyəcəklərini bildiriblər. Artıq Urmiya şəhərində azərbaycanlı fəallar geniş şəkildə etiraz vərəqələri paylayaraq seçkiləri boykot etməyə çağırıblar. İctimai yerlərə yapışdırılan etiraz vərəqələrində yazılıb: “Biz yaxşı bilirik ki, sağlam, …

Ətraflı oxu »