Cümə axşamı , May 14 2026
azfa

Xəbərlər

qaşqayların şəhəri Firuzabadda işçilər etiraz olaraq tətilinə başlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin Firuzabad şəhərində 2500 işçisi olan natrium karbonat şirkətinin işçiləri etiraz tətilinə başlayıblar. Narazı işçilər müəssisədə təhlükəli ammonyak qazından istifadəyə və sərt iş mühitinə görə “ağır iş şəraiti” sayılmalı olduğunu bildirsələr də, indiyədək bununla bağlı heç bir  tədbir görülməyib.

Ətraflı oxu »

Azərbaycanlı fəalların zindanda qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılmasından 5 ay keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Güney Azərbaycan Milli Hərəkatının fəalları Ayaz Seyfxah, Araz Əman, Murtaza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Baqir Hacızadə və Əbdüləziz Əzimi Qədimin qeyri-müəyyən vəziyyətdə Evin zindanında saxlanılmasından beş ay keçir. Həmin azərbaycanlı fəalların cari il fevralın 5-i və 6-da molla rejimin ETTELAAT qüvvələri tərəfindən …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal barədə məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin iyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) ittihamı və harada saxlanıldığı barədə məlumat almaq mümkün olmur. Azərbaycanlı fəalın yaxınlarının onunla bağlı aidiyyəti dövlət qurumlarına müraciətləri cavabsız qalıb. Bu isə Məhəmməd Hadi Şərifinəsəbin …

Ətraflı oxu »

Molla rejimi Mirəkbər Hüseynini SEPAH-ın Kəşfiyyat İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Mirəkbər Hüseynini etirazlar zamanı hökumət qüvvələri tərəfindən öldürülən təbrizli gənc qız Aylar Həqqinin məzarını ziyarət etdiyinə görə SEPAH-ın Kəşfiyyat İdarəsinə çağırıb. Molla rejimin məmurları ondan həmin idarəyə muraciət etməsini tələb etmişlər. Qeyd edək ki, azərbaycanlı gənc qız Aylar Həqqi …

Ətraflı oxu »

Türkiyənin ikinci astronavtı türk bayraqları ilə kosmosda missiyasını başa vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin fəzaya gedən ikinci astronavtı Tuva Cihangir Atasevər kosmosda türk bayraqları ilə missiyasını başa vurub. Uçuş bir saat iyirmi dəqiqə davam edib. Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. Əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oyta və sayın Şahin bəy Vəlisoyun “TBA TV“də “Güney Azərbaycanın qurtuluşun da, Quzey Azərbaycan Xalq hərəkatı təcrübəsi” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Şahin bəy Vəlisoy “TBA TV“də “Güney Azərbaycanın qurtuluşun da, Quzey Azərbaycan Xalq hərəkatı təcrübəsi” mövzusunda çıxış ediblər. Sayın Mikayil bəy və Şahin bəy …

Ətraflı oxu »

Molla rejimi əhalinin etirazına baxmayaraq Təbrizdə tarixi zavodu dağıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fasrs-molla rejimin aidiyyəti orqanları əhalinin etirazına baxmayaraq Təbrizdə tarixi zavodu dağıdıb. Təbrizin tarixi abidələrindən sayılan və şəhərin simvollarından birinə çevrilən məşhur “Təvəkküli” kibrit zaodu dağıdılıb. Tarixi zavodun sökülməsi üçün bölgəyə çox sayda texnika və işçi cəlb olunub. Təbriz əhalisinin etirazlarına və aidiyyəti …

Ətraflı oxu »

DTX xəbərdarlıq edir: “İrana səfər edən Azərbaycan vətəndaşları narkotik alverinə sövq edilirlər”

GADTB: Narkotik qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları dələduzluq yolu ilə sərhədyanı bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarını cinayət əməllərinə cəlb edirlər. Bununla bağlı, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında deyilir. Qeyd olunur ki, bu məqsədlə aztəminatlı, eləcə də istənilən şəraitdə İran vətəndaşları ilə təmasda olan şəxslərdən (tibbi müayinə üçün bu ölkəyə …

Ətraflı oxu »

İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalı

GADTB: Türk Dünyası Araşdırmaları Fondu tərəfindən keçirilən 31 may-7 iyun tarixlərini əhatə edən festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə ilə yanaşı, türk dünyasından ümumilikdə 21 qrupda 250-dək yeniyetmə iştirak edib. Bakı Atatürk Liseyinin şagirdləri 24-cü Türk Dünyası Uşaq Festivalında mükafata layiq görülüblər İstanbulda keçirilən 24-cü Türk Dünyası Uşaq Festivalında mükafatlandırılma mərasimi …

Ətraflı oxu »

Muğanda tarixi Oltan abidəsi məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsində neçə min il tarixiə malik olan Oltan qalası baxımsızlıq üzündən məhv olmaq üzrədir. Azərbaycanlı fəalların sözlərinə görə, Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatının məsuliyyətsizliyi nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib. Bundan əvvəl tarixi qalanın yerləşdiyi ərazidə qanunsuz tikinti işləri aparılıb, …

Ətraflı oxu »