Cinayətkar Əsədin Türkiyəyə qarşı terrorçu PKK-ya köməyinin sirri açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatını həyata keçirərkən Suriya rejimi PKK\PYD terrorçularına yardım edir.

Axar.az bu barədə “Röyter” araşdırma yazısına istinadən məlumat yayıb.

Yazıda Əsəd rejiminin terrorçuların Afrinə silah və yaraqlı daşımasına şərait yaratması ilə yanaşı, terror kortejinin türk ordusuna qarşı göndərilməsi üçün Tel-Rıfat dəhlizini açıq saxladığı qeyd olunub. PKK-nın Tel-Abyad və Qamışlıdan gətirdiyi kortejlər rejimin nəzarətində olan Nubbul və Zəhra xəttindən keçərək Afrinə gəlir. Burada isə Türkiyə ordusuna qarşı döyüşlərə göndərilir.

“Röyter” “Dost yoxsa düşmən? Əsəd suriyalı kürdləri Türkiyəyə qarşı gizli şəkildə dəstəkləyir” başlıqlı xəbərində PKK-nın mühüm üzvlərinin etiraflarına da yer verib. PKK döyüşçüləri Əsədin onlara yardım etdiklərini bildirərək, rejim ilə işbirliyi qurduqlarını deyiblər.

Bunun Suriyada təhlükəsiz bölgə üçün daim beynəlxalq aləmi birliyə çağıran Türkiyəyə ikiqat zərbə olduğu vurğulanır.

Qeyd edək ki, daha əvvəl Suriya cinayətkar başçısı Bəşər Əsədin rəsmi nümayəndələrinin PKK komandirləri ilə görüşməsi haqda xəbərlər yayılmışdı.

 

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın