Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Diktator və cinayətkar rejimlər bir-birini qorumaqdadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, diktator və cinayətkar Çin və Rusiya həm bir-birini, həm də digər cinayətkar rejimləri bir-birini qorumaqdadırlar.

Pekin və Moskva ABŞ-ın Rusiya-Çin əməkdaşlığına təsirinin aradan qaldırılması üzərində çalışır. Bunu jurnalistlərə açıqlamasında Çin Kommersiya Nazirliyinin Avrasiya Departamentinin sədr müavini Van Kaysyuan deyib.

“Bizim ölkələr, xüsusilə də Rusiya son illər ABŞ sanksiyalarına məruz qalır. Bu, əlbəttə, bizim ticarət və iqtisadi əməkdaşlığımıza mənfi təsir göstərir. Bizim hakimiyyət bu riskləri necə aşağı salmaq məsələlərini tədqiq edir”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya və Çin şər qüvvəsi kimi dünyanın, xüsusilə Şərqin diktatorlardan təmizlənib sivil dünyaya qovuşmasına mane olurlar.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın