Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi 3 fəal zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə İranın yaxaladığı 3 azərbaycanlı fəal Rəsul Rəzəvi, Hüseyn Əmir Hicri və Hüseyn Məhəmmədian rejimin ETTELAAT İdarəsinin təcridxanasından Təbrizdəki mərkəzi zindanına köçürülüb.

Təbriz sakini olan fəallar Azərbaycanda İran rejiminin işğalçı Ermənistana göstərdiyi hərbi və logistik dəstəyə etiraz olaraq keçirilən aksiyalardan 1 gün öncə oktyabrın 17-də ermənipərəst Xamenei rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıblar.

Yaxalanan digər fəallar Səid Sultani və Babək Kiyumərsin harada və hansı şəraitdə saxlanması ilə bağlı isə məlumat yoxdur.

Rejim aksiyadan əvvəl və aksiya baş tutan zaman yüzdən çox milli fəalı yaxalayaraq vəhşicəsinə işgəncə edib.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın