Bazar ertəsi , İyul 22 2024
azfa

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini boşaltmamaq üçün müraciət etmədiyi ermənipərəst qalmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ordusunun Azərbaycan sərhədini bərpa etməyə cəhdi qarşısında Ermənistan dünya səviyyəsində haray-həşir salmağa başlayıb.

Bu istiqamətdə işğalçı ölkənin başçısı Rusiya, Fransa və s. erməni himayədarlarından kömək istəyə davam edir.

Bu istiqamətdə KTMT-nin baş katibi Stanislav Zasla Ermənistanın müdafiə naziri vəzifələrini icra edən Vaqarşak Arutyunyan arasında növbəti telefon danışığı baş tutub.

Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov RİA-ya açıqlamasında deyib.

Zəngəzur (Qaragöl) istiqamətində sərhədlərin müəyyənləşməsində Ermənistanın yaratdığı hay-küy müzakirə edilib.

“Bu situasiya ilə bağlı KTMT-yə heç bir rəsmi sənəd daxil olmayıb, buna baxmayaraq, erməni rəsmi şəxsləri ilə aktiv əlaqələr mövcuddur”, – Zaynetdinov bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun sərhədləri müəyyənləşdirmək üçün qanuni addımlarına qarşı Ermənistan müqavimət göstərir. Bunu “Ermənistanın sərhədlərinə müdaxilə kimi” qələmə verməyə çalışan İrəvan Qarabağın işğalda saxlanıldığı vaxt qanunsuz olaraq bir neçə kilometr qabağa çəkdiyi dövlət sərhədini qorumağa çalışır.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …