Cümə axşamı , Mart 28 2024
azfa

Facebook və Twitter İran adlanan ölkə və Rusiya ilə əlaqəli hesabları bağlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Facebook Rusiya və İran adlanan ölkə ilə bağlı ABŞ-da noyabrda keçiriləcək konqres seçkilərindən öncə siyasi dezinformasiya yayan 652 hesab və vebsaytı bağladığını bildirir.

Sosial şəbəkənin avqustun 21-də bildirdiyinə görə, Facebook və Instagram-dan həmin hesabları ona görə silib ki, onlar “koordinasıyalı etibarsız davranış” sərgiləyib, yanlış yönləndirici siyasi material paylaşıblar.

Twitter də bildirib ki, anti-səudiyyə, anti-israil, fələstinpərəst İran təbliğatı aparan 300-dək hesabı bağlayıb. “Reuters”in yazdığına görə, Twitter bu platformada “koordinasiyalı manipulyasiya”nın ötən ildən başladığını bildirib.

Facebook ötən ildən sosial şəbəkəyə nəzarəti gücləndirrərək etiraf edib ki, rusiyalı agentlər 2016-cı ildə ABŞ-da prezident seçkisinə təsir göstərmək məqsədilə bu platformada əməliyyatlar aparıblar.

Sosial şəbəkə son olaylarla bağlı ABŞ və Britaniya hökumətlərini, eləcə də İrana sanksiyalar səbəbindən ABŞ Ədliyyə və Dövlət Departamentlərini bilgiləndirdiyini bildirib.

“Mötəbərlik vacib olduğundan bu cür davranışı yasaqlayırıq, adamlar Facebook-da gördüklərinə inanmalıdırlar”, – Facebook rəhbəri Mark Zuckerberg jurnalistlərə deyib. O, həmin hesabların arxasında kimlərin durduğunu bilmədiklərini də sözlərinə əlavə edib.

ARAŞDIRMALAR İRAN VƏ RUSİYANI GÖSTƏRİR

Facebook son tədbirlərin Rusiya və İranla əlaqədar dörd araşdırmadan qaynaqlandığını vurğulayır.

“Liberty Front Press” adlı qrup Facebook və Instagram-da xeyli hesablar yaradıb, onları 155 min digər hesab izləyir. Bu qrupun İranın dövlət mediasına bağlı olduğu bildirilir.

İkinci qrupsa “Liberty Front Press”a bağlıdır, o da çoxsaylı hesablar açıb, 15 min izləyicisi var.

Yenə İrandan fəaliyyət göstərdiyi bildirilən üçüncü qrupun izləyici sayı 813 min nəfərdir, yaxın Şərq, Britaniya və Birləşmiş Ştatlar barədə siyasi kontent paylaşıb.

Facebook bildirir ki, bu qruplar ümumilikdə reklama 12 min dollar xərcləyiblər, 28 fərqli tədbir keçiriblər.

Dördüncü qrupun bağlı olduğu mənbələri isə ABŞ hökuməti Rusiya hərbi kəşfiyyatı ilə əlaqələndirib. Bu qrup Suriya və Ukraynayla bağlı məsələlərdə siyasətə təsir göstərməyə çalışıb.

“ABŞ hüquq-mühafizə orqanları ilə birlikdə bu təhqiqat üzərində sıx işləyirik”, – Facebook bloq postunda bildirib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın