“Fars dili testinə” azərbaycanlıların etirazından sonra seçki öncəsi Məsud Pezeşkian da etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fas rejimin məktəbə qəbulda “fars dili testi”nə azərbaycanlı fəalların etirazından sonra Təbrizdən millət vəkili olan Məsud Pezeşkian da seçki öncəsi həmin irqçi layihəyə etiraz etdi.

Pezeşkian layihəni gündəmə gətirənlərinin böyük səhvə yol verdiyini deyərək, heç bir qövmün digərindən üstün olmadığını bildirib.

Pezeşkian deyib: “Məktəbə qədər fars dilini bilmək məsələsini gündəmə gətirməkdənsə, ana dilinin tədris olunmasına şərait yaratmaq lazımdır. İngilis və ərəb dilləri kimi xarici dillər tədris olunur. Lakin qövmlərin dilinin tədris olunmasına imkan verilmir və bu qəbuledilməzdır.

Fars dilində təhsil almaq qanuna uyğundur. Lakin kimsədən məktəbə qədər fars dilini bilməyi tələb etmək qanunaziddir.

Ana dili ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icra edilməsi ilə əlaqədar keçmiş təhsil naziri ilə söhbətlərimiz olub. Bu barədə yeni nazirlə də müzakirə aparacayıq. Qanun icra olunmalıdır, əks halda bu məsələdən sui-istifadə oluna bilər”.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın