GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars şovinistləri dünən vəfat etmiş azərbaycanlı yazıçı Rza Bərahəniyə qarşı qarayaxmağa başlayıb. İrqçi farslar ana dilinə dəyər vediyinə görə Rza Bərahənini “satqınlıq”da ittiham ediblər.
Rza Bərahəni mühacirətdə İranda türk dilinə qarşı düşmənçiliyi tənqid etdiyi üçün fars şövinistlər onu “İrana xəyanət”də ittiham ediblər.
Fars millətçilərindən biri sosial şəbəkədə yazır “Rza Bərahəninin yalanları insanı təəccübləndirir. O, bir ömür fars dilinin çörəyini yeyib, farsca yazdığı əsərlərlə tanınıb. Ancaq türk dilinin rəsmi dil olmaması, o dildə təhsilin qadağan edilməsinin Beynəlxalq İnsan Haqları Konvensiyalarına zidd olmasını iddia etməsi qəribədir”.
Başqa bir paniranist yazır: “Maraqlıdır ki. Rza Bərahəni öz oğluna Çingiz xanın oğlunun adı olan Oktay adını qoyub”.
Qeyd edək ki, Azərbaycanlı yazıçı verdiyi müsahibələrdə İranda qeyri-fars dillərinin sıxışdırıldığını bildirib. O, məktəb illərində türkcə yazdığı inşa, hazırladığı divar qəzetinə görə təzyiqlərlə qarşılanıb və hətta divar kağızında türkcə yazını ona yaladıb və bu şəkildə türk yazısını məhv ediblər.
Kanadada mühacirətdə yaşayan azərbaycanlı yazıçı Rza Bərahəninin martın 25-də vəfat edib. O son onilliklərdə fars şovinizmini tənqid etdiyi üçün qfarsların qarayaxmasına tuş gəlib.